İtaliyalı məşqçi: "Millinizdə çalışmaq istərdim"

27.02.2020 | 782 dəfə oxunub

“AFFA-dan mənimlə əlaqə saxlayıblar. Millinizə başçılıq etməklə bağlı təklif almışam”. Stadium.Az xəbər verir ki, bu fikirləri “Report” agentliyinə açıqlamasında Azərbaycan millisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən olan Canni De Byazi deyib.

İtaliyalı mütəxəssis hazırkı məqamda təyinatı ilə bağlı dəqiq bir şeyin olmadığını bildirib: “Əslində qeyri-rəsmi məlumatları şərh etməyi xoşlamıram. Həyatımda heç vaxt bunu etməmişəm. Yalnız konkret faktlar barədə danışıram. Təyinatın nə vaxt gerçəkləşəcəyi mənə aid məsələ deyil. Nə vaxt baş məşqçi təyin olunsam, sizə də məlumat verəcəyəm. Amma onu deyim ki, yığmanızda çalışmaq istərdim. Niyə də olmasın?!”

63 yaşlı mütəxəssis uzun illər Albaniya millisinin formasını geyinmiş “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə Azərbaycan yığması barədə danışmadığını söyləyib: “Ansi mədəni insandır, həm əla oğlan, həm də yaxşı futbolçudur. Onunla çox şey haqqında danışmışam. Amma Azərbaycan barədə söhbətimiz olmayıb”.

Qeyd edək ki, Canni De Byazinin sonuncu iş yeri İspaniya “Alaves”i olub. O, 2011 – 2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı Avropa çempionatına vəsiqə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ