Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadılıb

18.03.2020 | 3909 dəfə oxunub

Azərbaycan Premyer Liqası və birinci divizionunda yaranan fasilənin müddəti uzadılıb. Stadium.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda  kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub.
 
Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın  göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan birinci divizionun bərpasını aprelin 14-dək uzadıb. 
 
Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.
 
UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib. PFL-in açıqlamasında bildirilib ki, bu tarix Azərbaycan Premyer Liqası və birinci divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.
 
Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail