FİFA klublara məşqçi və futbolçular üzərində öhdəlik qoymağa ixtiyar verdi

27.03.2020 | 267 dəfə oxunub

FIFA klubların üzərinə oyunçuları və məşqçiləri ilə başa çatmaqda olan müqavilələri cari mövsümün sonunadək uzatma öhdəliyi qoyacaq. 

Stadium.Az xəbər verir ki, bununla bağlı hazırlanmış sənədə müvafiq bənd salınıb.

Həmin bənddə göstərilir: "Müqavilə müddəti mövsümün ilkin başa çatma tarixinədəkdirsə, anlaşma yeni yekunlaşma tarixinədək uzadılır".

Eyni prinsip növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də şamil ediləcək. Onların qüvvəyə minməsi üçün başlanğıc müddət koronavirusa görə dəyişən təqvimə uyğun korrektə olunacaq.

Sənəddə trasfer pəncərəsinin mövsümün yeni keçirilmə müddətlərinə uyğun dəyişdirilməsinə dair tövsiyə də yer alıb. Bildirilir ki, belə dəyişikliklərə maksimal müddəti 16 həftəni keçməyəcəyi təqdirdə icazə vermək lazımdır. FIFA yeni yaradılmış Klublara Dəstək Fondundakı puldan yararlanmaqla onlara maliyyə problemlərinin həllində köməklik göstərə bilər.

Hazırda Avropanın əksər ölkələrinin çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası koronavirus üzündən dayandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ