"Yuventus" bu futbolçulardan narazıdı

27.03.2020 | 645 dəfə oxunub

“Yuventus”un prezidenti Andrea Anyelli koronavirus pandemiyası zamanı bəzi futbolçularının hərəkətindən narazı qalıb.

Stadium.Az “Daily Mail” nəşrinə istinadən yazır ki, Sami Xedira, Miralem Pyaniç, Duqlas Kosta və Qonsalo Hiquain evə qayıtmaq üçün razılıq alıblar. Klub onları vətənlərinə xüsusi təyyarədə göndərib. Bildirilir ki, “Yuventus” ağır mərhələdə kimin Turində qaldığını, kimin isə qalmadığını unutmayacaq.

Anyelli xüsusən koronavirusa yoluxan Paulo Dibalanın İtaliyada qalmaq qərarını yüksək qiymətləndirib. Məlumata görə, bu fakt futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlarda müsbət rol oynaya bilər. Hiquain, Kosta, Pyaniç və Xediraya gəlincə, onların mövqeləri zəifləyir. Klub rəhbərliyi onların çətin zamanda təcili geri qayıtmasından məyus olub.

Əsasən Duqlas Kostanın davranışı xoş olmayıb. O,  İnstaqramda sevgilisi Natalia Felikslə velosiped sürdüyünun, həmçinin hovuzdan fotolarını yayımlayıb. Hiquanin vəziyyətini isə klub anlayışla qəbul edə bilər. Çünki futbolçu Argentinada xəstə olan anasına baş çəkməyə gedib. "Yuventus"da həm də ona qəzəblidirlər ki, bəzi oyunçular qayıdandan dərhal sonra komanda tam heyətlə məşq edə bilməyəcək. Çünki hazırda xaricdə olan futbolçular İtaliyaya gələrkən 15 gün təcrid vəziyyətində qalmalı olacaqlar. 

Hazırda Portuqaliyada olan Kriştiano Ronaldoya gəlincə, bununla bağlı klubda fikirlər fərqlidir. Qeyd edilir ki, digərlərindən fərqli olaraq, Ronaldo vətəninə qayıtdıqdan sonra beynəlxalq uçuçlara qadağa qoyulub və o, geri dönə bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ