Qabbyadini koronavirusdan sağalıb

31.03.2020 | 367 dəfə oxunub

"Sampdoria"nın futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib. Stadium.Az xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib:

"Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".

Manolo Qabbyadini "Sampdoria"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ