Ramin Musayev: "Vəziyyət pisləşsə, çempionat ləğv oluna bilər"

02.04.2020 | 629 dəfə oxunub

"Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev UEFA-nın milli çempionatlarla bağlı son qərarına münasibət bildirərkən deyib.

Qitə futbol qurumu 55 milli assosiasiya rəhbəri ilə "Bu dəqiqə çempionatın davam etdirilib-etdirilməyəcəyi barədə nə isə demək yanlış olar. Bizi daha çox insanların sağlamlığı maraqlandırır".

Musayevin sözlərinə görə, bu istiqamətdə hansısa qərar qəbul etmək üçün ilk növbədə, ölkədə koronavirusa görə yaranmış vəziyyətin düzəlməyini gözləmək lazımdır. PFL rəhbəri çempionatın yarımçıq dayandırıla biləcəyini də istisna etməyib: "Hər şey normal olsa, klubları bir araya yığıb qərar verəcəyik. Amma vəziyyət pisləşsə, çempionat ləğv oluna bilər".

Musayev bildirib ki, Çempionlar Liqası və Avropa Liqası başa çatdırılarsa və avrokuboklarda yeni mövsüm başlayarsa, PFL vəziyyətə uyğun qərar verəcək: "Çempionat dayandırılsa, birinci yerin sahibi çempion kimi Çempionlar Liqasına, 2 və 3-ün yerləri tutanlar isə Avropa Liqasına yollanacaq. Yeganə məsələ kubokun qalibi ilə bağlıdır. Düşünürəm ki, oyun sayı az olduğundan, kubok matçlarını keçirmək olar".

PFL prezidenti Avropada futbol tamamilə dayanarsa, Azərbaycanda çempionat keçirməyin mənasız olduğunu söyləyib: "İnsanların həyatını riskə atmağa dəyməz. Hazırda gözləmə mövqeyindəyik. Təki ölkəmizdə hamının səhhəti yaxşı olsun, ondan sonra qərar verərik. Bayaq səsləndirdiyim fikirlər sadəcə ehtimaldır. Dəqiq nə isə deyə bilmərəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ