UEFA-dan ölkələrə məktub: "Çempionatları ləğv etməyin"

03.04.2020 | 436 dəfə oxunub

UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanmasının əsassız qərar olduğunu düşünür. Stadium.Az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə quruma üzv 55 milli assosiasiyaya göndərilmiş məktubda bildirilir.

UEFA cari çempionatları ləğv etməməyi tövsiyə edərək, futbolun yaxın gələcəkdə bərpa olunacağına ümidvar olduğunu vurğulayıb:

"Bu mərhələdə daxili yarışlardan imtina etmək üçün verilən hər hansı qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Heç bir alternativ qalmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır".

Qurumdan o da vurğulanıb ki, pandemiyanın yarışların qaydalara uyğun keçirilməsinə mane olmaması da zəruridir.

Daha öncə Belçikada çempionat ləğv olunub və "Brügge" çempion elan edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ