"Uduzmağımız üçün "Xəzər Lənkəran" bizə 250 min dollar təklif etdi"

24.05.2020 | 508 dəfə oxunub

“Xəzər” – “Nistru” oyununda lazım olan hesabla məğlubiyyəti təşkil etmək üçün azərbaycanlılar bizə 250 min dollar təklif etdilər. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi”

Stadium.Az xəbər verir ki, bu sözləri Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu ölkə mətbuatına verdiyi geniş müsahibəsində deyib. O, komandanın sözügedən təklifdən imtina etdiyini açıqlayıb:

“Düzdür, turu keçdiyimiz üçün rəhbərlik hər birimizə 4 min dollar verdi. Ancaq rəqibin təklifini qəbul etsəydik, hərəmizə 14 min düşürdü. Yenə də biz belə etmədik. Həmin görüş səfərdə vurduğum iki qol nəyə desən dəyərdi. Bütün futbolçulara belə variantın olduğunu demişdik, heç kim razı olmadı. Hamı meydana çıxıb layiqli mübarizə aparmalı olduğumuzu söylədi. Bundan qətiyyən peşman deyilik”

Rumıniyalı futbolçu həmin görüşdən sonra Lənkəran təmsilçisinin ona transfer təklif etdiyini qeyd edib: "Xəzər Lənkəran"a keçməyimi istədilər. Yaxşı şərtlər təklif olundu. Orada daha artıq pul qazana bilərdim. Ancaq təəssüf ki, rəhbərlik buna izin vermədi. Zəif çempionata, zəif kluba keçməyin mənasız olduğunu dedilər”.

"Xəzər Lənkəran” 2006-cı ilin yayında UEFA kubokunun təsnifat mərhələsində "Nistru”ya hər iki matçda yenilib. "Ağ-yaşıllar” rəqibinə evdə 1:2, səfərdə isə 1:3 hesabı ilə məğlub olub. Həmin vaxt komandanın baş məşqçisi Ağasəlim Mircavadov idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.07.2020

13:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.07.2020

16:45  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:59  "Qranada" - "Real" - 1:2 VİDEO

01:46  "İnter" - "Torino" - 3:1 VİDEO

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO
   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə