Caner Erkin: Frank de Burun “İnter” kimi bir klubda nəyə görə çalışdığını hələ də anlaya bilmirəm"

26.05.2020 | 4622 dəfə oxunub

Türkiyənin “Beşiktaş” klubunun təcrübəli futbolçusu Caner Erkin “İnter”də çıxış etdiyi günlərlə bağlı İtaliya mətbuatına açıqlama verib.

Stadium.Az xəbər verir ki, Caner Erkin “İnter”də Roberto Mançini dövründə hər şeyin qaydasında getdiyini, ancaq Frank de Bur gəldikdən sonra arzu olunmadığını anladığını və komandadan ayrıldığını açıqlayıb.

Türkiyəli ulduz, həmçinin, Frank de Burun “İnter” kimi böyük bir klubda necə baş məşqçi olmasını başa düşmədiyini də sözlərinə əlavə edib:

“Mançini vəzifədən ayrıldıqdan sonra mən komandada qalaraq, savaşmaq istədim. Ancaq vəzifəsinin icrasına başlayan Frank de Burun mənə qarşı davranışı heç xoş deyildi. Mançini məni sol cinahda oynatmaq istəyirdi və mövsüm öncəsində oynanılan bütün qarşılaşmalarda şans vermişdi.

Mənə çox güvənirdi, getməyinə məyus oldum. Futbolda hər şey ola bilər. O, komandanın bir parçası olmağımla fəxr edirdim. Getdiyimiz hər yerdə çox populyar idik. Ancaq Frank de Burun mövqeyi çox kobud idi. İtaliyaya ayaq qoyduğu gündən etibarən heç vaxt planlarında yer almadım. Onun mövqeyi futbol karyeramı tamamilə dəyişdirdi.

Frank de Burun necə insan olduğunu hər kəs bilir. “İnter” kimi bir klubda nəyə görə çalışdığını hələ də anlaya bilmirəm. Mənə etdiklərindən sonra onun haqqında yaxşı düşüncəm olmadı və əsla olmayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail