Azərbaycan Premyer Liqası üçün 10 əsas futbolçu

28.06.2020 | 6217 dəfə oxunub

İndiyədək Azərbaycanın 62 stadionunda Premyer Liqanın (əvvəl Güclülər dəstəsi və ya Yüksək Liqa) oyunları keçirilib. Stadium.Az PFL-ə istinadla xəbər verir ki, nəticəsi ləğv olunan, yarımçıq qalan qarşılaşmalar nəzərə alınmamaqla bu arenalarda 4874 matç baş tutub.

Bunun 1/10-dən çoxu ölkənin ən köklü idman qurğusu olan Tofiq Bəhramov adına Respublika Stadionunun payına düşür. Bu da səbəbsiz deyil. Azərbaycan çempionatlarının 28 illik tarixində müxtəlif komandalar ev oyunlarını burada keçirib. Paytaxtdakı stadionda 491 çempionat matçı baş tutub.

“Şəfa”, “İnter Arena” adlarını da daşımış “ASK Arena” da 400-dən çox oyuna ev sahibi olub. Bakıdan kənardakı stadionlar arasında rekord Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna məxsusdur. Ən çox oyunun keçirildiyi 10 stadionun yarısı paytaxtda, yarısı kənardakı idman qurğusudur.

Ən çox çempionat oyunu qəbul edən 10 stadion

1. Tofiq Bəhramov adına Respublika Stadionu – 491

2. “ASK Arena” – 417

3. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu – 278

4. Gəncə şəhər stadionu – 265

5. Tovuz şəhər stadionu – 245

6. Qəbələ şəhər stadionu – 194

7. Lənkəran şəhər stadionu – 192

8. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu – 166

9. Ordu stadionu – 141

10. ADBTİA stadionu– 130



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail