Millimizin üzvü adam ölümünə görə axtarışa verildi

29.06.2020 | 8019 dəfə oxunub

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib. Stadium.Az "Chernovik" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur.

Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb: "Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir".

Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail