AFFA əfsanəvi futbolçunu millimizin başına gətirmək istəyir

30.06.2020 | 7748 dəfə oxunub

AFFA Azərbaycan millisinin baş məşqçi postuna “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.

Stadium.Az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.

O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib.

“Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb”.

“The Sun”un yaydığı xəbərdə isə AFFA-nın hazırda  kanalların birində ekspert kimi çıxış edən irlandiyalı mütəxəssisdən 48 saat ərzində cavab gözləyir.

Bildirilir ki, irlandiyalı mütəxəssisdən Millətlər Liqasında komandamıza rəhbərlik etməyi və növbəti mərhələyə vəsiqə qazanmağı tələb edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail