Azərbaycan Premyer Liqasında çıxış edən ən qiymətli futbolçuların siyahısı

30.06.2020 | 6046 dəfə oxunub

Dünyanın nüfuzlu idman portallarından olan “Transfermarkt.com” saytı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların dəyərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən mövsüm erkən başa çatdırıldığı üçün oyunçuların qiymətində geriləmə olub.

Çempionatın ən dəyərli futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Onun qiyməti 1,3 milyon avro göstərilir. Bədavi Hüseynov, Qara Qarayev və Mahir Emreli isə bir miilyon dəyərindədir. Ağdam klubundan yeni ayrılan Aylton Silva qapayır - 900 min avro.

"Neftçi"nin ən dəyərli futbolçusu müdafiəçi Anton Krivotsyuk “Qarabağ”ın futbolçusu Filipp Ozobiçlə eyni qiymətdədir – 800 min avro. Baqali Dabonun dəyəri yarım milyona, Stiven Jozef-Monrozun qiyməti isə 650 min avroya enib.

"Keşlə"nin Premyer Liqanı 3-cü pillədə tamamlayaraq Avroliqaya vəsiqə qazanmasında müstəsna rol oynayan Vüsal İsgəndərli ilə Sezar Meza Kollinin transfer dəyəri 75 min avrodan müvafiq olaraq 450 min və 400 min avroya qədər sıçrayış edib.

"Sabah"ın heyətində Bəhlul Mustafazadə irəliləyişə nail olub. Gənc müdafiəçi 550 min avro ilə dəyərləndirilir.

Azərbaycan Premyer Liqası XX turdan sonra başa çatdırılıb. "Qarabağ" çempion elan olunubsa, "Neftçi" gümüş, "Keşlə" isə bürünc mükafata layiq görülüb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail