Kubok bombardiri – “Qəbələ” tarixində 3-cü dəfə

01.07.2020 | 5726 dəfə oxunub

“Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub.

Stadium.Az xəbər verir ki, 3 qol vuran yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridi. Klesio Bauk “Keşlə”nin oyunçusu Xəzər Mahmudovla şərikli bombardir olub.

“Qırmızı-qaralar” cari mövsüm kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan komandanın yarımfinala yüksəlməsinə mozambikli əcnəbi öz qolları ilə töhfə verib. O, “Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.

Klesio “Qəbələ”nin tarixinə Azərbaycan kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail