Donald Gerye: "Qarabağ"da maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir"

04.07.2020 | 7582 dəfə oxunub

Haitili futbolçu Donald Gerye yenidən “Qarabağ”a qayıdışını şərh edib. Stadium.Az xəbər verir ki, o, ölkəsinin "haititempo.com" saytına müsahibəsində yenidən Ağdam klubunda oynayacağı üçün şad olduğunu söyləyib:

“Bu komandada özümü həmişə vacib oyunçu saymışam. Müəyyən fikir ayrılığından sonra yenidən bir yerdəyik. Mən xoşbəxtəm və özümü evimdəki kimi hiss edirəm.

“Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindir. Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadır. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da “Qarabağ”a qayıtmağımı istəyirdi.

Onlar da dedi ki, qayıt. Fanatlar da vardı. Biz müzakirə etdik və qərara gəldik ki, qayıtmaq ən yaxşı variantdır. Ona görə də müqavilə bağladım.

Mən buna görə həyat yoldaşıma və ailəmə təşəkkür edirəm. Mən həmçinin Qurban Qurbanova minnətdarlığımı bildirirəm. Burada əlimdən gələni edəcəyəm. İnanıram ki, yenidən yaxşı forma yığıb əsl Donald Geryenin kimliyini meydanda göstərəcəyəm. Mən “Neftçi”də oynayanda Qurban Qurbanovla görüşdüm. Ona görə yox ki, “Qarabağ”a qayıtmaq istəyirdim. Biz sadəcə görüşdük. Çünki o, yaxşı insandır. O, mənim üçün çox şey edib və uğurlarımda pay sahiblərindəndir. Bizim münasibətlərimiz qalırdı və tez-tez danışırdıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail