Messiylə "Barselona" prezidenti arasında gərginlik yaranıb

05.07.2020 | 8542 dəfə oxunub

“Barselona”nın hücumşusu Lionel Messi komandanı tərk etmək niyyətində deyil. Stadium.Az "goal.com"a istinadən xəbər verir ki, argentinal futbolçu sadəcə olaraq klubun prezidenti Xosep Bartomeunun fəaliyyətindən narazıdır.

İspaniya mətbuatının yazdığına görə Messi bu məsələdə haqsız da deyil. Çünki Xosep Bartomeunun rəhbərliyi ilə onun komandası klubu düzgün idarə etmir. Baş məşqçi seçimində ard-arda yanlış qərarlar verən klub prezidentinin dəstəklədiyi tibbi heyət də işini düzgün yerinə yetirmir. Futbolçuların yersiz yerə ardıcıl olaraq zədələnməsi isə oyunçuların komandanın həkimlərindən narazılığına gətirib çıxardıb.

Bu günlərdə İspaniya mətbuatı gələn il müqaviləsinin müddəti başa çatandan sonra Messinin “Barselona”nı tərk edəcəyini və “Mançester Siyi”yə keçəcəyini yazmışdı.

Məlumata görə, Messinin yaxın ətrafı bilərəkdən bu xəbəri dövriyyəyə buraxıb. Bununla futbolçu klub prezidentinə inamsızlığını göstərib.

Bildirilir ki, kapitanın bu mövqeyi Bartomeunun istefası ilə nəticələnə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail