"AFFA bizdən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yolu istəyir"

13.07.2020 | 3246 dəfə oxunub

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi yığmamızı seçmə səbəblərindən danışıb. Stadium.Az xəbər verir ki italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Azərbaycan böyüyən ölkədi, futbolda da gələcəyə dair nikbin fikirlər var. Təklif ciddi olduğu üçün bu seçimi etdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu.

Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq.

Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdi. Avqustun əvvəlində orada olacam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var”.

De Byazi Bakını tərifləyib: “Bakı möhtəşəm şəhərdr. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni səssiz qoyub. Böyük, aktiv, dinamik şəhərdi, Xəzər dənizi sahilindədi. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiz. Bu, həqiqətən də, sehrdi. Razılığa görə, əsasən orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdı, İstanbula getməli, oradan Bakıya yollanmalısız”.

De Byazi yığmadakı hədəflərdən də söz açıb: “AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldu. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə