Futbolçusundan "Barselona"ya hörmətsizlik

03.08.2020 | 9157 dəfə oxunub

"Barselona”nın prezidenti Xosep Maria Bartomeu komanda ilə Çempionlar Liqasında çıxış etmək istəməyən Arturla bağlı açıqlama verib.

Stadium.Az xəbər verir ki, klub rəhbəri, futbolçunun intizamsız hərəkətlərinin qəbuledilməz olduğunu bildirib:

“Onunla Çempionlar Liqasının sonuna qədər “Barselona”da çıxış edəcəyi ilə bağlı razılaşdıq. Komandadakı əhəmiyyəti məlumdur və bizə kömək edə biləcək bir futbolçudur. Amma o, qısamüddətli tətilindən sonra komandada görünmədi. Bu, qəbuledilməz intizamsızlıqdır. Onun etdiyi komanda yoldaşlarına və kluba hörmətsizlikdir. Arturu bu hərəkətində haqlı çıxaracaq hansısa arqumenti yoxdur. Zəng edərək, qayıtmayacağını, Braziliyada qalacağını bildirdi. Bu, onun qərarıdır, amma heç kim ona icazə verməyib”.

Bir müddət əvvəl "Yuventus”la müqavilə imzalayan Artur, “Barselona” rəhbərliyinin icazəsi olmadan Braziliyaya yollanıb və qayıtmaq niyyətində olmadığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail