Meneceri Ronaldonu "Barselona"ya təklif edib

13.08.2020 | 9220 dəfə oxunub

İtaliya təmsilçisi "Yuventus"da çıxış edən Kriştiano Ronaldonun agenti Jorje Mendeş futbolçunu İspaniya "Barselona"sı daxil olmaqla bir neçə kluba təklif edib.

Stadium.Az xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub.

Mendesin təklifini alan komandaların arasında "Barselona" ilə yanaşı, PSJ və bir neçə Şimali Amerika təmsilçisi olub.

Jurnalistin sözlərinə görə, Ronaldo "Qızıl top" mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır.

Ronaldo "Yuventus"a 2018-ci ilin yayında "Real"dan keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı forvard İtaliya çempionatında cari mövsümün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail