Azərbaycan Bakıda Lüksemburqa uduzdu - YENİLƏNİB

05.09.2020 | 7259 dəfə oxunub

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununa çıxacaq. Stadium.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edəcək.

İngiltərəli Kris Kavananın idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq.

Bu, 64 yaşlı italiyalı mütəxəssisin millidə ilk sınağı olacaq. Azərbaycan yığması 2018/2019 mövsümündən fərqli olaraq bu dəfə turnirin C Liqasında mübarizə aparır. 1-ci qupda Kipr və Monteneqro kollektivləri də yer alıb.

Komandanın iki üzvü - Dmitri Nazarov və Eddi İsrafilov müvafiq olaraq Almaniya və İspaniyadakı koronavirusla bağlı vəziyyətə görə toplanışa qoşula bilməyib. Yunanıstanın "Atromitos" klubundan yığmaya dəvət alan Əmir Ağayevin durumu ilə bağlı isə FIFA hələ yekun qərarını açıqlamayıb.

Bu qrupun digər oyununda Kipr seçməsi evdə Monteneqro yığmasını qəbul edəcək. Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.


UEFA Millətlər Liqası

C Liqası, I qrup, 5 sentyabr

Azərbaycan - Lüksemburq 1:2

Qollar: Ramil Şeydayev 43 - Krivatsuk 48 (öz-qap), Rodriges 72 (pen)

Qırmızı vərəqə: Mahir Əmrəli 26


Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni

20:00. Bakı Olimpiya Stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail