UEFA "Qarabağ"la oyuna görə Norveç dövlətinə müraciət etdi

07.09.2020 | 6461 dəfə oxunub

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Mölde” ilə əlaqədar Norveç hökumətinə müraciət edib.

Stadium.Az xəbər verir ki, bu haqda Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. O, qeyd edib ki, qitənin ali futbol qurumu ilə davamlı yazışmalarından və “Qarabağ”ın təzyiqlərindən sonra UEFA bu addımı atıb.

“Mölde” Bakıda keçirilməli olan “Qarabağ”la matçın neytral meydana salınmasını istəyirdi. Buna səbəb kimi, komandanın Bakıdan Norveçə qayıtdıqdan sonra 10-14 gün karantində qalacağı göstərilirdi. “Qarabağ” hesab edir ki, “Mölde”nin bu addımı doğru deyil və püşkdə nəzərdə tutulduğu kimi, oyun Bakıda olmalıdır.

“UEFA bir neçə gün əvvəl Norveç hökumətinə müraciət ünvanlayaraq, Bakıdan qayıtdıqdan sonra “Mölde”nin koronavirus pandemiyasına görə karantində saxlanılmaması üçün xüsusi icazə istəyib. Buna diplomatik dildə nota da deyilir. Hazırda Norveç dövlətindən UEFA-ya cavab gözlənilir. Bizcə, Norveç tərəfi UEFA-ya “yox” deməməlidir. Hər halda, biz “Mölde”yə xüsusi icazə verilməsini gözləyirik” – deyə A.Əsgərov bildirib.

Məsələ ilə bağlı bu gün Norveç hökumətinin mövqeyinin bilinəcəyi bildirilir. “Qarabağ” – “Mölde” görüşü sentyabrın 16-da keçirilməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail