"Qarabağ"dan sərt reaksiya: “Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır"

09.09.2020 | 1472 dəfə oxunub

"Norveç hökuməti rəsmisinin açıqlamasından mətbuat vasitəsi ilə xəbər tutmuşuq. Təəssüflər olsun ki, neçə müddətdir Norveç tərəfi məsələyə advekat yanaşmır”.

Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Mölde”nin oyunçularına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib.

Nurlan İbrahimov deyib: “Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Bilirsiniz ki, Avstriya yığması Millətlər Liqasının oyunu üçün Norveçə gedəndə karantində saxlanılmalıdır. Eləcə də Norveç yığmasının oyunçuları dünən Şimali İrlandiyadan qayıdandan sonra da karantinə alınmayıb. Onlar Bunu Avropa Birliyi ölkələri üçün istisna kimi qəbul etdilər. Amma bu da haqsızlıqdır. Çünki UEFA-nın ən önəmli şüarlarından biri bərabərlikdir. UEFA bayrağı altında olan bütün ölkələr də bərabərdir. Digər bir amil isə irqçilikdir. Norveç hökumətinin sadəcə Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsini biz irqçilik və bərabərlik hüququnun pozulması kimi qəbul edirik. Artıq neçə gün keçib. Təbii ki, Norveç hökumətinin bu qərarı "Molde"nin maraqlarına xidmət edir. İnanırıq ki, UEFA sonda ədalətli qərar verəcək".

İbrahimov Azərbaycanın koronavirusla bağlı beynəxalq təhlükəsizlik qaydalarına maksimum riayət etməyə çalışdığını da vurğulayıb: "Daha öncə bu mövsüm Çempionlar Liqasında istər bizim, istərsə də digər klublarımızın Avroliqada keçirdiyi matçlar zamanı bununla bağlı problem olmayıb. Biz əminik ki, Azərbaycan bu ev oyununu heç bir Avropa ölkəsindən qəbul etməyəcək və bütün qaydalara riayət olunacaq. Bütün təhlükəsizlik tədbirləri dövlət tərəfindən tənzimlənir. Biz ev sahibliyini və təhlükəsizliyi Şimali İrlandiyadan daha yaxşı edəcəyimizə inanırıq".

İlkin püşkə əsasən,  “Qarabağ” – “Mölde” matçı sentyabrın 16-sı Bakıda keçirilməlidir. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.09.2020

22:05  "Qarabağ" və "Zirə" uduzdu - YENİLƏNİB

19:25  "Qarabağ" - "Neftçi" - HEYƏTLƏR

11:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

19.09.2020

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

18.09.2020

12:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.09.2020

19:17  "Neftçi" - "Qalatasaray" - HEYƏTLƏR

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.09.2020

15.09.2020

14:44  "Qarabağ" Kiprə getdi - FOTO

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.09.2020

03:31  PSJ – "Marsel" - 0:1 VİDEO

13.09.2020

12.09.2020

20:52  “Səbail” “Zirə”yə uduzdu - YENİLƏNİB

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə