"Neftçi"nin büdcəsi rəsmən açıqlandı

10.09.2020 | 4696 dəfə oxunub

"Neftçi"nin bu mövsüm üçün xərcləri 35 faiz azalacaq. Stadium.Az xəbər verir ki, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib.

O bildirib ki, koronavirus pandemiyasının "ağ-qaralar"a da təsiri olub:

"Azarkeşlərin əksəriyyətini əsas komanda maraqlandırır. Onun büdcəsi yalnız maaş deyil. Əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Yeni sponsorlar dəvət etsək, Avropa Liqasında növbəti mərhələyə yüksəlsək, əlavə gəlir əldə edə bilərik. Yenə mərhələ keçsək, 4 milyon manata çatacağıq. Bu, ümumi klub büdcəsinin 46 faizini təşkil edib. Bizim klub yalnız əsas komandanın üzərində qurulmayıb".

Bununla belə, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.

"Neftçi"nin 2019/20 mövsümündə xərcləri də açıqlanıb. Klubun vitse-prezidenti Elnur Eyvazov "Neftçi TV"yə müsahibəsində xərclərin 13,1 milyon manat olduğunu söyləyib. Bunun 50 faizi əsas komandanın payına düşüb.

13,1 milyon manatın 18 faizi kredit borclarının qaytarılmasına sərf olunub. Eyvazov bildirib ki, klubun 2016-cı ildən manat və dollarla kreditləri olub. Eyvazov ötən mövsüm kreditlə bağlı 1 milyon 773 milyon manat xərcləndiyini söyləyib. Vitse-prezidentin sözlərinə görə, hazırda manatla olan kredit tamamilə bağlanıb. Hazırda qalan 204 min dollardı və dekabra qədər bu məbləğin də yekunlaşacağı gözlənilir.

Xərclərin 15 faizi "Türk Hava Yolları" bazasının tikinti işlərinə xərclənibsə, qalan 17 faiz digər xərcləri təşkil edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail