Rəşad Sadıqov: "Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq"

21.09.2020 | 667 dəfə oxunub

“Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 3-cü turunda evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada bəzi səhvlər etdilər: "Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq".

R.Sadıqov mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik".

Sadıqov zədəli olan Ağabala Ramazanovun artıq məşqlərə başladığını, qarşıdakı tura deyil, ondan sonrakı tura hazır olacağını deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.10.2020

22.10.2020

01:45  "Real" - "Şaxtyor" - 2:3 VİDEO

21.10.2020

13:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.10.2020

11:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:10  250-ci qol

19.10.2020

18.10.2020

10:53  "Real" - "Kadiz" - 0:1 VİDEO

17.10.2020

15:18  "Qarabağ" - "Qəbələ" - HEYƏTLƏR

13:15  "Səbail" - "Keşlə" - HEYƏTLƏR
   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail