Rəşad Sadıqov: "Mənim üçün hələ ki, əsas və ehtiyat heyət yoxdur"

27.09.2020 | 4583 dəfə oxunub

"Çox gərgin və maraqlı oyun oldu. Çempionatda əzmkar oyunların şahidi oluruq. Bəlkə də son zərbələrdə dəqiq oynadığımız üçün qələbə qazandıq. Futbolçular oyun üçün darıxıblar. Düşünürəm ki, hər iki komanda yaxşı oyun sərgilədi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

O, penaltini Davit Volkova tapşırmasını belə izah edib:

"Klesio Bauk da penalti vuran futbolçulardandır. Bauk, Volkov və Ruslan Qurbanova penaltiləri həvalə edirik, məşqlərdə onlar yerinə yetirir. Oyundan əvvəl qərar vermişdim ki, penaltini Davit vuracaq. Qərarı dəyişmək də riskli olardı. Kimisə fərqləndirmək istəmirəm. Hamı mübarizə apardı və öz işlərini meydanda görməyə çalışdılar. Heyətdə 14-15 oyunçu var ki, onların hamısına şərait yaradacağıq. Mənim üçün hələ ki, əsas və ehtiyat heyət yoxdur. Hamıya şans verməyə çalışırıq. Elə oyunçular ki, zədədən təzə qayıdıb, elələri də var ki, pandemiyadan sonra oynamayıb. Çalışıram ki, futbolçulara qarşı ədalətli olum. Ali Sesay da bu gün müdafiədə etibarlı çıxış etdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail