Eddi israfilov: "Dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var"

30.09.2020 | 4384 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu, hazırda İspaniyada “Albasete” klubunda oynayan Eddi İsrafilov Daqlığ Qarabağda baş verən hadisələrə münasibət bildirməkdən imtina edib.

Stadium.Az xəbər verir ki, “azerisport.com”un bununla əlaqədar hazırladığı yazıda qeyd edilib ki, saytın müxbiri cəbhədə baş verənlərin Avropadan necə görünməsi və futbolçunun bununla bağlı nə düşünməsi ilə əlaqədar İsrafilovla əlaqə saxlamaq istəyib. Eddinin adından saytın suallarına onun əslən Azərbaycandan olan anası İradə İsrafilova cavab verib. Cavab təəccüblü olub:

“Biz neytral ərazidə yaşayırıq və o, (Eddi İsrafilov – red.) siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır? O, matçlara gedir, bütün İspaniyanı gəzir və bir gün bir erməni ilə yolu kəsişəcək. Eddi dedi ki, İnstaqramdakı səhifəsində orduya dəstək məqsədilə hansısa şəkilli bir söz paylaşacaq. Amma siyasətə dair heç bir müsahibə verməyəcək”.

Eddi 2015-ci ildən Azərbaycan millisinə cəlb olunub. Onun atası anqolalı, anası isə azərbaycanlıdır. Qeyri-rəsmi məlumata görə,  futbolçunun yığmamızda oynaması üçün AFFA tərəfindən yüzminlərlə avro pul xərclənib. Amma İsrafilovun millimizə heç vaxt faydası dəyməyib. Bir tək İsrafilova xərclənən pullarla Azərbaycanda bu gün vətəni üçün canından keçməyə hazır olan yeniyetmələrin timsalında neçə-neçə səviyyəli futbolçular yetişdirmək olardı. Bütün bunlara baxmayaraq, Eddi milliyə çağırılmaqda davam edib. Amma koronavirus pandemiyasına bəhanə edərək bu ilin sentyabrında Millətlər Liqasında millimizin oyunlarına gəlməkdən imtina edib (Dmitri Nazarov kimi). İndi isə o, formasını geyindıyi Azərbaycan millisinə, bu millinin təmsil etdiyi dövlətə, xalqa və orduya dəstək verməkdən imtina edib və xalqımızın bu çətin anlarında hətta ermənilərlə ailəvi dostluq etdiklərini açıq şəkildə etiraf edib.

Əslində Eddi kimilərinin Azərbaycana dönük çıxacağı təəccüblü də deyil. Çünki onun Azərbaycana bağlılığı sadəcə fakt olaraq mövcuddur: mənəvi olaraq isə bu futbolçunun bizə münasibəti hər zaman yalnız pulun üzərində qurulub. Amma təəccüblüdür ki, AFFA ondan heç vaxt əl çəkməyib və milliyə yararsız futbolçunu komandaya dəvət etməkdə davam edib. Ümid edək ki, federasiya Edddinin heç olmasa, vətənimizə, xalqımıza bu dönük və nankor münasibətindən sonra onun üçün milli komandanın qapılarını birdəfəlik bağlayacaq...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail