Nəriman Abbasov: "Əlimə silah alıb, döyüşə getməyə hazıram"

07.10.2020 | 4329 dəfə oxunub

"Bakıda kəməri qoruya bilsəm, UFC və ya "Bellator"da döyüşmək istərdim. Çünki vəfat etmiş qardaşım mənim bu turnirlərdə çempion olmağımı istəyirdi. Hətta qəbrinin üstündə də onun "Bellator" kəməri ilə şəklini qoymuşam. Bunun üçün ABŞ-a getməliyik".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov "Metaratings" nəşrinin azərbaycanlı jurnalisti Anar İbrahimova müsahibəsində deyib.

Azərbaycanlı idmançı Çeçenistan əsilli isveçli məşhur döyüşçü Həmzət Çimayevlə qarşılaşmaq istədiyini bildirib: "Güclü olmaq üçün güclü rəqiblərlə döyüşmək lazımdır".

Son vaxtlar cəbhə xəttində baş verən hadisələrə də toxunan azərbaycanlı idmançı vəziyyətlə bağlı ölkəyə qayıtmaqdan qorxmadığını söyləyib:

"Azərbaycana getməkdən niyə çəkinməliyəm? Mən belə şeylərdən qorxmuram. Döyüşkən xarakterimlə məmnuniyyətlə Vətənimi qorumağa hazıram. Siyasət mənlik deyil. Bundan başım çıxmır. Hərənin öz işi var. Əlimə silah alıb, döyüşə getməyə hazıram".

Abbasov "Erməni ilə döyüşərdiniz" sualına bu cür cavab verib: "Niyə də olmasın? Xatırlayırsınızsa, bir dəfə belə bir şey olmuşdu. Mən döyüşməyə hazır olduğumu söylədim, o (Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyanı nəzərdə tutur - red.) isə imtina etdi. Halbuki onunla qarşılaşmağı çox istəyirdim. Bilirsiniz necədir? Mənim üçün erməni ilə döyüşmək UFC-də iştirakdan vacibdir".

Nəriman Abbasov sentyabrın 26-da rusiyalı idmançı Mixail Qogitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail