Qara Qarayev: "Bu şeylər haqda danışmaq həddim üçün deyil" - MÜSAHİBƏ

15.10.2020 | 336 dəfə oxunub

Yığma Monteneqro və Kiprlə oyunları başa vurandan sonra bu gün Bakıya qayıdıb. Milli üzvləri Bakıya çatan kimi komandanın kapitanı Qara Qarayev verdiyi müsahibədə həm geridə qalan matçlardan danışdı, həm də qaçırdığı penalti epizoduna şərh verdi.

– 2 oyuna 1 xal. Niyə belə oldu?
– Monteneqro bizim üçün yeni rəqib idi. Qələbəyə köklənmişdik, lakin heç-heçə də normal nəticə hesab olunacaqdı. Bəzi səbəblərə görə istəyimizə çata bilmədik.

– Hansı səbəblərə görə?
– Saat məsələsi və meydan amili.

– Bunları tutarlı əsas kimi qəbul etmək çətindi. Rəqibin də eyni şərtlər altında, eyni meydanda oynadığını unutmamalıyıq…
– Saat amilini oyunun başlama vaxtı üçün nəzərdə tutmuram. Demək istədiyim, iki ölkə arasındakı iqlim və saat fərqidi. Xaricə gedib-gələnlər yaxşı bilir, ölkəni tərk edib başqa ölkəyə gedəndə, 1-2 gün müəyyən çətinliklər olur. Saat və iqlim fərqi bir müddət özünü göstərir. Meydan sahibləri isə öz ölkələrində oynayırdılar. Belə deyim, hər şeyə öyrəncəli idilər. Meydan amilinə gəlincə, razıyam, hər iki komanda eyni şərtlər altında mübarizə aparırdı. Sadəcə, biz daha çox ötürmələrə hesablanmış oyuna üstünlük veririk deyə, qazon yararsız olanda işimiz çətinləşir. Demək istədiyim odur ki, örtük yararsız olduğuna görə istədiyimiz oyunu sərgiləmək çətin idi.

– Bəs Kiprlə oyunda əlinizdəki 3 xalı cibinizə qoymağa nə mane oldu?
– İlk növbədə heyətdəki dəyişiklikləri göz önünə gətirməliyik. Bildiyiniz kimi, bir neçə futbolçumuz zədə və cəza səbəbindən oynamaqdan məhrum idi. Belədə, çox sayda futbolçu millidə debüt etdi, üstəlik, bir neçə nəfər yığmada 2-ci, 3-cü oyununa çıxırdı. Buna baxmayaraq, 90 dəqiqə rəqibə aşkar qol imkanı vermədik. Hətta qaçırdığım penalti epizodu da daxil, 6 qol şansımız oldu. Üstün oynadığımız matçda qol vura bilmədik. Sanki top qapıya girməyəcəyinə söz vermişdi. Belə deyim, bəxtimiz gətirmədi.

– Saat fərqi, meydan amili, bəxtsizlik – məncə, məğlubiyyətin əsas səbəbi bunlar yox, başqa amillər idi.
– Nələr?

– Emilin formada olmaya-olmaya qapıda dayanması, Bəhlulun beynəlxalq oyunlara hazır olmaması, Ramil qala-qala Əlinin iynə gücünə meydana çıxması, Antonun start heyətində yer alması… Yenə saya bilərəm.
– Bu şeylər haqda danışmaq həddim üçün deyil. Həm də komanda yoldaşlarım haqda danışmaq mənə yaraşmaz. Heyət və futbolçu seçiminə cavabdehlik daşıyan şəxs mən olmadığım üçün sadaladıqlarınıza şərh verə bilmərəm. Deyə biləcəyim odu ki, Şahruddinlə Emil “Qarabağ”da komanda yoldaşlarımdı və hər ikisinin yığmaya layiq olduğunu düşünürəm. Emil futbolsuz qaldığı dönəmlərdə belə, yığmada özünü ən yaxşı tərəfdən göstərib.

– Qaçırdığın penalti epizodu… Ramilin yıxılmasından qapıçının zərbəni dəf etməsinə qədər olan təxminən 1 dəqiqə kəsiyində nə baş verdi?
– Yeni baş məşqçi gələndən penalti zərbələrini mənim yerinə yetirməli olduğunu deyib. Hətta öncəki qarşılaşmalarda da 11 metrlik cərimə zərbəsi olsaydı, topun başına mən keçəcəkdim. Açığı, o an Ramilin həvəsli olduğunu görüb, penaltini ona vermək istədim. Sadəcə, baş məşqçi mənim vurmalı olduğumu söylədi.

– Kənardan da elə görünürdü ki, Ramildə özünəinam daha çoxdu…
– Düzü, içimdə inamsızlıq yox idi. Hətta qol vuracağıma əminlik vardı. Sadəcə, Ramilin topu götürüb, “vurmaq istəyirəm” deməsinə razılaşmışdım. O an baş məşqçiyə “vurmaq istəmirəm” deməyim doğru olmazdı. Sizə bir faktı da deyim. Əslində, ilk qərarım topu qapıçının sol tərəfinə vurmaq idi. Lakin son anda qərarımı dəyişib sağına vurdum. Bilmək olmaz, bəlkə soluna vursaydım, onu da dəf edəcəkdi.

– Oyundan sonrakı vəziyyət necəydi?
– Hamımız üzgün idik. O qədər imkan varkən heç-heçə etmək ağır gəlirdi. Səhərə kimi gözümə yuxu getmədi. Yerimdə uzanıb divara baxırdım, ya da durub gəzirdim ki, fikrim dağılsın. Oyundan sonra şam yeməyi üçün Ramillə üzbəüz oturmuşduq. Məyus halda bir-birimizin üzünə baxırdıq. Yemək yeyə bilmədik. O öz dərdindəydi, mən öz dərdimdə.

– Sentyabrın 27-dən, yəni cəbhədə vəziyyət gərginləşəndən bu yana sənə diqqət yetirirəm. Əvvəlki Qaradan əsər-əlamət qalmayıb. Özünəinamı itirmisən sanki. Nə baş verir?
– Başa düşürəm. Son vaxtlar yaşananlar aqressiyamı alıb. “Niyə”sini özüm də bilmirəm. Qarabağda yaşananlara görə hədsiz narahatlıq keçirirəm. Bir ürəyim ordadı. Vallah, rahat yata da bilmirəm. Bunun üstünə sıx qrafikdən yaranan yorğunluğu da əlavə etsək… Yüklənmə fiziki durumuma, əzələlərimə təsirsiz ötüşmür. Məncə, hər futbolçunun karyerasında ola biləcək bir şeydi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2020

11:18  Çempionlar Liqası başlayır - YENİLƏNİR

11:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:10  250-ci qol

19.10.2020

18.10.2020

10:53  "Real" - "Kadiz" - 0:1 VİDEO

17.10.2020

15:18  "Qarabağ" - "Qəbələ" - HEYƏTLƏR

13:15  "Səbail" - "Keşlə" - HEYƏTLƏR

10:17  “Nim” - PSJ - 0:4 VİDEO

15.10.2020

14.10.2020

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail