Xayme Romero: "Qarşıdurma digər bölgədə olduğu üçün Bakıda hər şey qaydasındadır"

15.10.2020 | 4000 dəfə oxunub

"Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Yəni, bir qardaşa sahib olmaq daha yaxşıdır". Stadium.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero "elmundo.es" nəşrinə açıqlamasında Bakıdakı həyat təzi barədə danışarkən deyib.

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkədə həyat normal qaydada davam edir:

"Təhlükə hissi yoxdur. Qarşıdurma digər bölgədə olduğu üçün Bakıda hər şey qaydasındadır. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".

Romeronun sözlərinə görə, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola vermələrini istəyib: "Çünki qarşıda vacib matçlarımız var. Nəticə etibarilə biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".

Təcrübəli futbolçu koronavirus pandemiyasının yol açdığı problemlərdən də danışıb:

"Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".

Yarımmüdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanovdan da bəhs edib: "Ciddi görünsə, futbolçularla çox yaxındır. Klubun qazandığı uğurlarda onun rolu böyükdür. Məşqdə ingiliscə danışırıq. Amma mən bu dili yaxşı bilmirəm. Ümumiyyətlə, mənim dil bilgim faciəvidir. Lakin tərcüməçimiz var. O, hər şeyi mənim üçün ispan dilinə tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingiliscə danışıram".

İspaniya "Real"ında çıxış edərkən Kriştianu Ronaldunu əvəzləməsindən də söz açan Romero bunun xususi hiss olduğunu vurğulayıb: "İnsanların gözündə ən çox diqqət çəkən budur. Dünyanın ən yaxşı oyunçusunu əvəzləmişdim. Amma o, başqa oyun idi və həmin vaxt daha vacib hisslər keçirdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail