Avropa çempionumuz qızıl medalını Ordu üçün hərraca çıxarır

17.10.2020 | 3917 dəfə oxunub

Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov maraqlı təklif irəli sürüb. Stadium.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin təcrübəli üzvü fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı hərraca çıxarmağa hazır olduğunu bildirib.

O, satışdan əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürəcəyini söyləyib.

Hüseynovun sözlərinə görə, hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır: “Bu il ikinci dəfə Avropa çempionu oldum. 9 illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir. Ancaq bu gün hər birimiz vətən və Ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalı, böyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Sillahlı Qüvvələrin zabiti kimi İtaliyanın paytaxtı Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı auksiona çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrə Yardım Fondunun hesabına köçürməyə hazıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail