Ayxan Abbasov: "Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq"

19.10.2020 | 3860 dəfə oxunub

"Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi".

Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis yaxşı oyunla qələbə qazandıqlarını bildirib: "Rəqib haqda ətraflı məlumata malik idik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməyi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik".

Abbasov komandasının liderliyə yüksəlməsindən çox mübarizliyindən məmnun qaldığını vurğulayıb: "Arxayınlıq hər bir kəsdə ola bilər. Hər həftə bu haqda danışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Bizə inam az idi, ancaq məqsədimiz mübariz komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq".

Baş məşqçi sonadək mübarizə aparmalarından da razılıq ifadə edib: "Biz bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq. Ən əsas sevindirən o idi ki, futbolçular sona qədər mübarizə apardı. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail