Füzuli Məmmədov : "Onu gələcək üçün planlaşdırmışıq"

19.10.2020 | 3694 dəfə oxunub

"İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sabah"a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

O, indiki vəziyyətdə futbolçuları matça kökləməyin çətin olduğunu bildirib: "Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədir. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, "Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.

43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: "Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudur, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail