"Sumqayıt" klubu öz rekordunu yenilədi

19.10.2020 | 558 dəfə oxunub

Azərbaycan Premyer Liqasının lideri “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.

Stadium.Az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.

Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamayıb. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/2019 mövsümündə 10, 2014/2015 mövsümündə 9 xal qazanıb.

"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov isə Premyer Liqada mövsümün 50-ci qoluna imza atıb. O, "Zirə” ilə ev matçında fərqlənib.

Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.

Mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin futbolçusu Azər Salahlı vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.11.2020

11:27  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

25.11.2020

22.11.2020

15:13  “Zirə” – “Keşlə” - HEYƏTLƏR

15:00  Pike zədələndi - FOTO

13:12  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

12:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

21.11.2020

14:55  "Qarabağ" - "Sumqayıt" - HEYƏTLƏR

11:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.11.2020

23:29  "Qarabağ"dan yenilik - FOTO

19.11.2020

18.11.2020

01:45  Fransa - İsveç - 4:2 VİDEO

17.11.2020

23:01  Lüksemburq – Azərbaycan - HEYƏTLƏR

16.11.2020

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail