"Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik"

23.10.2020 | 3574 dəfə oxunub

“Vilyarreal”la oyunu israrla Türkiyədə keçirmək istədik. Bununla bağlı “Başakşəhər” klubu ilə söhbətimiz oldu. Həm klub rəsmiləri, həm də prezident Göksəl Gümüşdağ bizi çox isti qarşıladı”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda “Vilyarreal"la oyunlarının İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

Klub rəsmisi DHA-ya açıqlamasında UEFA-nın bu qərarına sevindiklərini bildirib: "Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər".

Çelikel "Başakşehir" klubunun onların müraciətlərinə həssaslıqla yanaşdıqlarını da qeyd edib: "Həm klub prezidenti Göksel Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya "Başakşehir Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı. "Vilyarreal"la oyunu burada keçirəcəyik. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. "Başakşehir" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik".

UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail