Rıza Çalımbay: "Makkabi" və "Qarabağ"ı udub, üstünlük qazanacağıq"

23.10.2020 | 4034 dəfə oxunub

"Səfərdə "Vilyarreal"a 3 qol vurmaq asan deyil. Oyun ərzində konsentrasiyanı itirmədik. Amma müəyyən səhvləri etməməliydik. Buraxdığımız bəzi qollar adımıza yaraşmadı. Son iki qolda isə bəxtimiz gətirmədi. Bu komanda ilə evdəki matçı səbirsizliklə gözləyirik".

Stadium.Az xəbər verir ki, bu fikirləri Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay UEFA Avropa Liqasının I qrupunun ilk turunda səfərdə "Vilyarreal"a 3:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, qrupun qalan 5 oyununda meydana ən yaxşı nəticə üçün çıxacaqlar: "Makkabi" ilə görüşdə qələbədən başqa heç nə fikirləşmirik. Qarşıdakı 2 matçı qazanıb, böyük üstünlük əldə edəcəyik. Yeganə məqsədimiz qalibiyyətdir. Zədəli futbolçularımız da qayıtdıqdan sonra hər şey daha yaxşı olacaq. Komandama güvənirəm".

"Sivasspor" oktyabrın 29-da İsrailin "Makkabi" (Təl-Əviv) klubunu, 1 həftə sonra isə "Qarabağ"ı qəbul edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail