Füzuli Məmmədov: "Xüsusi plan qurmuşduq"

24.10.2020 | 3882 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VII turunun “Keşlə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, o, qələbəni (1:0) əsgərlərimizə və şəhidlərimizə həsr etdiyini bildirib:

“Çətin olacağını bilirdik. “Keşlə”ni yaxşı analiz etmişdik. Xüsusi plan qurmuşduq. Futbolçular da bu planı mən istədiyim səviyyədə meydanda yerinə yetirdilər. Göstərdikləri əzmkarlığa görə hər birinə təşəkkür edirəm. Bu arada futbolçuları oyuna kökləmək çətin olur. Çünki hər birinin ürəyi cəbhədədi. Bu gün bütün fikirlərini oyuna yönəltmələri çox xoş oldu. Qələbə qazanmaq həmişə xoşdu. Qələbəni cəbhədə vuruşan əsgərlərimizə, şəhidlərimizə həsr edirik. Hərbçilərimizin mərdliyi bizi daha da ruhlandırır. Belə ordusu, vətəndaşları, şəhidləri olan dövlətin vətəndaşı olduğumuz üçün fəxr edirik.

Komandamız yaxşı oynadı, amma bundan da yaxşı oynaya bilər. Çünki futbolçularımın potensialını bilirəm. Bəziləri tam keyfiyyətini ortaya qoya bilmədi ki, bunda meydan amilinin də rolu var. Bununla belə, istədiyim əzmkarlığı göstərə bildilər. Hər qələbə futbolçuda özünəinamı artırır və komanda daha yaxşı oynamağa başlayır.

Sabir Buqrinin səviyyəli futbolçu olduğunu bilirəm, amma ötən oyunla müqayisədə bu gün tam istədiyimizi göstərə bilmədi. Həm də bir az yorğunluğu var idi. Buna görə də onu Saman Nərimancahanla əvəzləmək məcburiyyətində qaldıq. Saman da keyfiyyətli və təcrübəli futbolçudu.

Mertə gəlincə, o, çox ağıllı futbolçudr. Düşünürəm ki, oyundan oyuna heyətdəki yerini möhkəmlədəcək. Onu limit səbəbindən deyil, layiq olduğu üçün meydana buraxırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail