Pepe Quardiola: "Bu, bir xəyaldır, amma..."

27.10.2020 | 3639 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Marsel"lə oyun öncəsi turnirin kubokunu qazanmaq şanslarında danışıb.

Stadium.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı verilən suala belə cavab verib:

"Düşünürəm ki, bu suala 250 dəfə cavab vermişəm. Çempionlar Liqasının kubokunu qazanmağa çalışacağam, hər il bunu etmək istəyirik. Evdə qələbə ilə başlamaq vacib idi. İkinci oyunda da qalib gəlməyi hədəfləyirik.

Bu, bir xəyaldır, amma hazırda ən vacib şey qrupdan çıxmaqdır. İlk qarşılaşma çətin keçdi. İndi ikinci matçı oynayacağıq və Fransada hər zaman çətindir. Bu, bir addım irəliləməyimizə imkan verəcək bir çağırışdır".

"Marsel" - "Mançester Siti" görüşü bu gün Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail