Visente Qomez: "Ondan sonra başqa oyun stilinə keçdik"

21.01.2021 | 764 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Visente Qomez Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çox yaxşı oyun alındı. Müsbət məqamlarımız da var idi. Komanda yaxşı intensivlik göstərdi. Vurduğumuz qolu qeyd edərdim. Amma səhvlərimiz də oldu. "Qarabağ" kimi rəqiblərlə matçlarda bu səhvləri etməməliyik.

- Heyət və büdcə baxımından əksər klubları qabaqlasanız da, turnir cədvəlinin pilləsində qərarlaşmısınız. Bunu nə ilə əlaqələndirə bilərsiniz və gördüyünüz işdən razısınız?

- Büdcə və oyunçular barədə sizinlə bəlkə razılaşmaram. Amma mənim bura gələndən sonra nə qədər transfer etdiyimizə diqqət yetirməyinizi xahiş edirəm. Məğlub olduğumuz 6 oyunluq seriya yaxşı çıxış etmədik. Amma ondan sonra heç də pis təsir bağışlamırıq.

- Qış fasiləsində toplanış üçün vaxtınız oldu. Hücum potensialınıza bir çox klublar həsəd aparsa da, yenə məğlub oldunuz. Bu dəfə uğura nə mane oldu?

- Siz zarafat edirsiniz? Qışdan sonra uduzduğumuz ilk rəqib "Qarabağ"dır. Onlar da çempionatın ən yaxşı komandalarından biridir. Qış fasiləsindən sonra cəmi bir yoxlama görüşü və bir rəsmi matç keçirmişik. "Qarabağ"a uduzmaq böyük faciədir, uğursuzluqdur?

- "Qarabağ" "Real" və ya "Barselona"dır ki, məğlubedilməz olsun?

- Mən düşünürəm ki, güclü komandaya qarşı bu gün yaxşı oyun sərgiləmişik. O ki qaldı, ən yaxşı hücumçulara sahib olmağımıza, bu fikirlə o qədər də razı deyiləm.

- Bu günə qədərki 13 oyunda cəmi 13 qol vurmuşdunuz. Hücumçular dediyiniz qədər zəifdirlər ki, belə az qol vururlar?

- Bu statistikanın digər yönünə də baxmaq lazımdır. 13 oyun ərzində kifayət qədər qol imkanlarımız oldu. Amma əlimizə düşən fürsətlərdən yararlana bilməmişik.

- Əgər hücum xəttində müsbətə doğru bir dəyişiklik edə bilmirsinizsə, sizin məşqçi kimi rolunuz nədən ibarətdir?

- İstəyirəm ki, məşqlərdə qapıya zərbələri daha da yaxşılaşdırsınlar, bu özəlliklərini artırsınlar. Məşqçi buna nə etməlidir ki?

- "Sabah" ölkənin ən yaxşı büdcəyə malik ikinci komandasıdır, iki eyni gücdə heyətə malikdir...

- Mən "Sabah"ın büdcəsinə baxmıram. Mənim gəlişimdən sonrakı transferlərin sayına baxın. Əgər istədiyimiz qədər oyunçu alınmayıbsa, deməli, deyilən qədər büdcəmiz yoxdur.

- Hər matçda fərqli "11-lik"lə meydana çıxırsınız, eksperimentlərə çox əl atırsınız. Məsələn, Amin Seydiyev cinah oyunçusu olsa da, mərkəzdə oynadırsınız. Düşünmürsünüz ki, əsas problem çox eksperiment aparmağınızdır?

- Fasilədən sonra ilk oyundur. Siz əvvəlki matçları nəzərdə tutursunuz? Mən sizin fikrinizlə razı deyiləm.

- Uğursuz çıxışa görə ayrılmaq fikrinə düşməmisiniz?

- Bu tip nəticələr olanda hər cür fikirlər yaranır. Ancaq danışandan sonra yola davam etməyimiz məqbul sayıldı.

- Ardıcıl məğlubiyyətlər zamanı demişdiniz ki, oyun fəlsəfəmi aşılamağa çalışıram. Belə çıxır ki, ya futbolçular qavramır, ya da siz aşılaya bilmirsiniz. Günah kimdədir?

- Mənim burada öz oyun fəlsəfəm var idi. Onu sonra dəyişdim. Ardıcıl 5 oyunda uduzduq. Ondan sonra başqa oyun stilinə keçdik. "Qəbələ" ilə matçdan sonrakı stili dəyişmədik. Effekt verəcəyinə inanaraq belə etdim. Sonra burada "Zirə"yə 0:1 hesabı ilə uduzduq. Penaltini vura bilmədik, çox sayda qol vəziyyətlərimiz yarandı. Şəxsi fikrimə görə, komandanın oyun dinamikası tamamilə dəyişib. "Qarabağ"la bugünkü oyunda da pis deyildik. Əlbəttə, daha da yaxşılaşdırmalıyıq. Amma bərbad da deyildik. Nəticənin qaneedici olmadığını mən də bilirəm. Qış fasiləsindən əvvəlki 4 oyunun dinamikası hələ də dəyişməyib. Hesab 1:1 olandan sonra Kevin Kubemba ikinci qolu vursaydı, başqa cür olardı. Korner zamanı sadə səhv qol buraxmağımızla nəticələndi.

- Azərbaycan səviyyəsinə uyğun olaraq yetərincə oyunçunuz olsa da, sonuncu pillədəsiniz. Bunu faciə saymırsınızsa, sizə görə faciə nədir?

- Mənə görə futbolda faciə yoxdur. Sən bir iş görürsən, ya yaxşı alınır, ya pis. "Qarabağ"a bu oyuna görə uduzmaq da anormal deyil. Qələbə qazanmaq istəyirdik, İstəyə qalsa, 10 qol vurmaq istəyirdik. Amma bəzən bunlar alınmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.02.2021

02:21  PSV - "Olimpiakos" - 2:1 VİDEO

02:05  "Ayaks" - "Lill" - 2:1 VİDEO

25.02.2021

14:58  "Zirə" - "Neftçi" - HEYƏTLƏR

11:57  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:00  "Atalanta" - "Real" - 0:1 VİDEO

24.02.2021

11:55  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.02.2021

22.02.2021

13:41  PSJ - "Monako" - 0:2 VİDEO

11:31  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:38  "Milan" - "İnter - 0:3 VİDEO

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail