Aftandil Hacıyev əzmkar qələbədən danışıb

24.01.2021 | 3952 dəfə oxunub

"Bilirdik ki, bizi qarşıda ağır qrafik gözləyir. 3 gün öncə "Neftçi" ilə oynamışdıq. Bu səbəbdən heyətimizdə böyük dəyişiklik etdik. Daha az oynayan futbolçulara şans verdik". 

Stadium.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində 1-ci divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis rəqibi layiqli oyun münasibətilə təbrik edib: "Yüksək liqada bölgə klubları az olsa da, futbolun inkişafı sevindirici haldır. Onlar hər an elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Rəqib aşağı dəstənin ən mübariz komandalarından biridir. Oyunun sonunadək bizə çətin anlar yaşatdılar. Hətta ilk hissədə hesabda önə keçməyi də bacardılar. Amma ikinci yarıda bəzi təcrübəli oyunçularımızı meydana daxil etdikdən sonra daha çox hücum etməyi bacardıq və istədiyimiz qolları vura bildik. Ağır oyun oldu. Amma rotasiyaya əl atmağa məcbur idik".

Hacıyev bu gün uduzmadıqları üçün sevincli olduğunu söyləyib: "Komandamı təbrik edirəm. Geridönüş etmək bizi sevindirdi. Bütün dünyada belə oyunlar olur. Hətta məşhur komandalar aşağı dəstə təmsilçilərinə uduzurlar. Almaniyanın "Bavariya" klubunu buna misal çəkmək olar. Amma şükürlər olsun ki, bu gün biz məğlub olmadıq".

Yanvarın 28-də Premyer Liqanın 5-ci turundan təxirə salınmış görüşdə "Qarabağ"la qarşılaşacaqlarını xatırladan Hacıyev həmin matçda əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Növbəti oyunlara hazırlaşacağıq. Kubokda da yolumuza davam edirik. "Qarabağ"dan sonra bütün fikrimizi yenidən kubok matçına yönəldəcəyik".

"Zaqatala" klubunun baş məşqçisi Rüstəm Məmmədov isə bildirib ki, Aftandil Hacıyevin ikinci hissədəki əvəzetmələri oyunun nəticəsini həll etdi: "Rəqibi təbrik edirik. Gələcək oyunlarda rəqibə uğurlar arzu edirik. İlk hissədə hesabda önə keçsək də, ikinci yarıda "Səbail"in heyətində təcrübəli futbolçuların meydana çıxması qələbədə həlledici rol oynadı". (Report)

Qeyd edək ki, "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail