Samir Abbasov: "Sevinməyə 2 gün vaxtımız var"

13.02.2021 | 759 dəfə oxunub

"Sevinməyə 2 gün vaxtımız var. "Qarabağ"ı təbrik edirəm. Hər kəsə nümunədir. Bu komanda ilə oynamaq motivsiyadır. Çətin oyun oldu. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Futbolçularıma təşəkkürümü bildirirəm. Hakimləri təbrik edirəm. Məqsədim onları təzyiq altında saxlamaq idi".

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bu qələbə ilə hələ heç nəyin həll olunmadığını bildirib: "Bu gün fərqli gün idi. Udsaq da, hələ heç nə həll olunmayıb. Digər komandalarla matçlarda xal itirə bilərik. Qarşıda hələ 14 oyun var. Sonadək vuruşacağıq. Bu qələbə stimul olacaq".

Abasov "Zirə" ilə kubok matçına da toxunub: "İkinci oyunda komandam yaxşı oynadı. Mərhələni keçsəydim, nədən danışacaqdılar? Komandamın super oynadığını deməklə futbolçularıma motivasiya vermək istəyirdim. Sadəcə, fikrimin başqa istiqamətə yozulması məni məyus etdi. Məqsəd özümüzü kimləsə müqayisə etmək deyildi".

Baş məşqçi növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçından da söz açıb: "Çətin olacaq, amma əlimizdən gələni edəcəyik. "Qəbələ" yaxşı komandadır. Əsas öz oyunumuza fikir verməliyik. Sabitliyi qorumaq lazımdır".

Təcrübəli mütəxəssis yeni transfer Əhməd Əhmədovdan da danışıb: "Başqa hücumlçuara baxırdıq. Əhməd Əhmədovdan söhbət belə getmirdi. Amma digərləri alınmadı. Sonra bu variant çıxdı. Viza məsələsi həll olunan kimi Bakıya gələcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.03.2021

06.03.2021

11:48  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

05.03.2021

11:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:51  "Parma" - "İnter" - 1:2 VİDEO

04.03.2021

11:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

04:17  "Milan" - "Udineze" - 1:1 VİDEO

03.03.2021

17:21  "Neftçi" - "Sabah" - HEYƏTLƏR

15:23  “Sumqayıt” – “Zirə” - HEYƏTLƏR

11:02  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02.03.2021

17:28  "Qarabağ" - "Qəbələ" - HEYƏTLƏR

15:22  “Səbail” - “Keşlə” - HEYƏTLƏR

11:49  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01.03.2021

02:28  "Qarabağ" - "Qəbələ": STATİSTİKA

02:26  "İnter" - "Cenoa" - 3:0 VİDEO

02:17  "Roma" - "Milan" - 1:2 VİDEO

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail