Zubir: "Sevincimi necə ifadə edəcəyimi bilmirəm"

23.02.2021 | 818 dəfə oxunub

"Qarabağ"ın heyətində 100-cü oyununu keçirmiş Abdullah Zubir yubiley matçı barədə fikrini klubun saytına bölüşüb.

Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi buna görə xoşbəxt olduğunu dilə gətirib:

"Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir. Çox şadam və xoşbəxtəm ki, bu klubdayam. Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm".

Zubir Ağdam təmsilçisi ilə müqaviləsini 3 il artırmasından danışıb və komandaya gələcək oyunlarda fayda verməyə çalışacağını bildirib: “Qarabağ”ın necə iddialı olduğu hər kəsə məlumdur. Özümə qarşıdakı illərdə də komandanın iddialarına cavab verəcək səviyyədə oyun nümayiş etdirməyi arzulayıram. Daha çox qollar vurmaq və “Qarabağ”ın daha böyük zəfərlərinə töhfə verməyi arzu edirəm. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı dönəm əvvəlkindən daha uğurlu və yaxşı olsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2021

11:05  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

17.04.2021

19:30  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

17:18  “Keşlə” - “Sabah” - HEYƏTLƏR

11:35  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.04.2021

19:30  “Sumqayıt” –“Qəbələ” - HEYƏTLƏR

17:19  “Səbail” – “Qarabağ” - HEYƏTLƏR

11:53  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

15.04.2021

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.04.2021

11:37  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:42  PSJ - "Bavariya" - 0:1 VİDEO

02:40  "Çelsi" - "Porto" - 0:1 VİDEO

00:54  ÇL: "Çelsi" və PSJ yarımfinalda - YENİLƏNİB

13.04.2021

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.04.2021

11:16  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail