Aftandil Hacıyev: "Onlara vaxt lazımdır"

25.02.2021 | 3774 dəfə oxunub

“Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 17-ci turunda "Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Azərkeşlər oyundan zövq aldı. Bu gün həqiqətən çox maraqlı  oyun alındı. Düşünürəm ki, azərkeşlər oyundan zövq aldı. Əvvəlcədən də bilindiyi kimi, oyunun favoriti “Qarabağ” idi. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişdik. İstəyirdik meydandan xal ilə ayrılaq. Hətta qapımızda ciddi qol epizodu da verməmişdik. Yalnız duran topdan buraxdığımız qol sonda nəticəni yekunlaşdırdı. Amma verilən tapşırığı futbolçuların dəqiqlilkə yerinə yetirməyə çalışması mənim xoşuma gəldi. Çəkinmədən oynadılar, eləcə də hücumda bir neçə epizod yaxalamağa çalışdıq. Təbii ki, son vuruşlar istədiyimiz kimi olmadı.

Bu gün “Qarabağ”ı təbrik etmək lazımdır. Vacib 3 xal qazandılar. Biz isə yolumuza davam edəcəyik. Bu oyunu tez bir zamanda unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Oyun ərzində əlinizə düşən fürsət qol ilə nəticələnsəydi bu gün 3 və ya 1 xalla meydanı tərk edə bilərdiniz?

- Qeyd etdiyim kimi, həqiqətən inamla gəlmişdik. Bundan əvvəlki oyunda, hətta 4:0 qalib gəldiyimiz oyunda da ciddi epizodlar verməmişdik. Sadəcə diqqətsizlikdəb qollar olmuşdu. Amma həmin oyunda belə 4-5 epizod yaxalamışdıq. Aminin epizodu isə demək olar ki, qol epizodu idi. Bu gün ümumiyyətlə, oyundan razı qaldıq. Ancaq istərdik ki, meydandan ən azı 1 xalla ayrılaq.

- Yeni 3 transferiniz var.  Bu gün meydanda idilər. Ümumiyyətlə bu 3 futbolçudan sizi ən çox qane edən kimdir?

- Bizim yeni futbolçularımız gec qoşuldular. Onlar fevral ayının əvvəlində qoşulmuşdular. Biz artıq hazırlığı keçmişdik. Yeni qoşulanlar da iki ay komandasız idilər. Yəni görünür ki, bir qədər onlara vaxt lazımdır. Vaxt da təbii ki, bizdə yoxdur. Ümumi durumumuza görə addımlar atmışıq, komandada oyunçu sayı da az olduğundan bəzi mövqelərdə çatışmazlılar var. Buna görə də yeni transferlər etdik. Bu gün istədikləri formada olmasa da, inanırıq ki, onlar bunu bərpa edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail