Visente Qomez: "Birinci hissədəki oyunumuz bizə kifatət qədər ümid verir ki..."

25.02.2021 | 4079 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Vinsente Qomez Azərbaycan Premyer Liqasının 17-cı turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Keşlə" bizdən 10-15 dəqiqə yaxşı oyandı. Çoxlu qol vurma şanslarımız və fürsətlərimiz var idi, lakin biz bundan istifadə edə bilmədik. Birinci hissədə rəqibə qol vurmaq fürsəti yaratmadıq. Ancaq ikinci hissə bərabər səviyyədə oyun keçdi. İkinci hissədə demək olar ki, 10-15 dəqiqə rəqib bizdən daha yaxşı çıxış etdi. Biz  buraxmayacağımız bir qolu qapımızda gördük. Lakin başqa oyunlardan fərqli olaraq, bu ikinci hissədə uşaqlar yaxşı reaksiya verdilər. Hesabı bərabərləşdirməyə nail ola bildik.

- Dediniz ki, bəzi epizodlar yarandı, amma istifadə edə bilmədik, bunun üzərində işləyirik. Bəs, bu problemlər niyə hələ də davam etməkdədir?

- Bu suala cavab vermək bir qədər çətindir. Əlbəttə ki, mən bunu bizim düşdüyümüz qara zolaq və ya pis dinamika ilə əlaqələndirə bilərəm. İnsanların istədiyi yerdə deyilik və bu zolaqda olarkən daha çox səhvlər edə bilirik. Mən bununla əlaqələndirirəm.

- Mövsümün sonuna kimi komanda bu zolaqdan çıxa biləcək?

- Biz bunun üzərində çalışırıq. Birinci hissədəki oyunumuz bizə kifatət qədər ümid verir ki, bu zolaqdan çıxa bilək. Əgər  oyunumuzu birinci hissədəki kimi davam etdirə bilsək, bu dinamikadan çıxa biləcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail