Miçel: "Ən yaxşı peşəkar anımı "Qarabağ"da yaşamışam"

04.03.2021 | 4878 dəfə oxunub

Karyerasını başa vuran "Qarabağ"ın sabiq futbolçusu Miçel Madera İspaniya mətbuatına müsahibə verib:

- Niyə karyeranı bitirmək qərarını verdin?

- Çoxdandır dabanımda ağrı var idi. Ağrılar iki-üç il əvvəl mən "Qarabağ"da çıxış etdiyim vaxt başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma o vaxta qədər performansımın 70 və ya 80 faizini sərgiləyə bilirdim. Yaxın vaxtlara qədər müalicə ilə MRT apararaq hər şeyi sınadım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdır.Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu, mənlik deyil.

Bəzi həkimlər mənə bu ağrılardan xilas ola biləcəyimi söylədilər, amma 36 yaşında buna dəyməzdi. Düz bir xəttdə çox yaxşı qaça bilərəm, amma futbolun dönmə və sarsıntılı hərəkətləri məni həqiqətən incidir.

- Karyeranızı necə tarazlaşdırırsınız?

- Bütün təcrübələrimdən məmnunam və ən yüksək kateqoriyada oynamaq imkanı verən klublara minnətdaram.

- Xüsusilə, sizin üçün seçilən biri var?

– Presiado Portuqaliya "Sportinq"ində mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik. Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyrətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi.

- Ən yaxşı peşəkar anınızı "Qarabağ"da yaşadınızmı?

- Bəli, Madrid "Atletiko"suna vurduğum qol bəlkə də karyeramda ən vacib an idi. Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə ilk oyun idi. Həm də Azərbaycanda bunun çox əhəmiyyəti var idi və yenə də önəmini qoruyur. Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər

- Gələcək üçün planların nədir?

- Bir növ, futbolla əlaqələndirilməyə davam etmək üçün məşqçi adını almaq istəyirəm. Nə qədər gedə biləcəyimi görəcəyik.

- Presiado və Qurbanovdan başqa kimin üslubunu bəyənirsiniz?

- Pep Qvardiola və Visente Del Boskenin üslubunu qeyd edə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail