Ozobiç: "Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi"

06.03.2021 | 3886 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ”yə 3:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmasından danışıb.

Stadium.Az xəbər verir ki, xorvat yarımmüdafiəçi klubun mətbuat xidmtinə açıqlamasında bunları söyləyib:

“Qarşıda bizi çox oyun gözləyir. “Qəbələ” ilə matçda oyunumuzdan çox xoşum gəldi. Fikrimcə, komandamız qələbəyə layiq oynadı. Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odu ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.

“Qarabağ” növbəti matçını martın 9-da səfərdə “Zirə”yə qarşı keçirəcək. Bu oyuna saat 17:15-də start veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail