Ümid Rüstəm Orucova qaldı

06.03.2021 | 3732 dəfə oxunub

Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

Stadium.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda Özbəkistan təmsilçisi Murodjon Yuldoşevlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Orucov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, üçüncü yer uğrunda qarşılaşmada Obidkhon Nomonovun (Özbəkistan) müqavimətini qırmağa çalışacaq.

Titullu cüdoçu 1/16 finalda Martin Hojaka (Sloveniya), ardınca isə Oleq Babqoyevə (Rusiya) qalib gəlib. Orucov 1/4 finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana məğlub olub.

Bu gün mübarizəyə qoşulan Hidayət Heydərov və Telman Vəliyev (hər ikisi 81 kq) yarışla erkən vidalaşıb.

Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.

09:07

Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

İkinci yarış günündə 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) rəqib olub.

81 kq-dakı Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırıb, Hidayət Heydərov isə eyni mərhələdə Gilyerme Şmidtlə (Braziliya) üz-üzə gələcək.

Böyük Dəbilqəyə martın 7-də yekun vurulacaq. Azərbaycan cüdoçuları ilk yarış gününü medalsız bitirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail