Böyük Dəbilqəni 2 medalla başa vurduq

07.03.2021 | 3498 dəfə oxunub

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb. Stadium.Az xəbər verir ki, onların hamısı kişilərin mübarizəsinə qatılıb.

90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olub. Azərbaycanlı cüdoçu bu qarşılaşmanı 1 dəqiqə 57 saniyəyə ipponla başa vurub. O, 1/4 finalda finlandiyalı Klen Kristofer Kalyulaidi sınağa çəkib. Rəqibinə 2 dəqiqə 11 saniyəyə qalib gələn Mehdiyev yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda rəqib özbəkistanlı Davlat Bobonov olub. Mehdiyev 3 dəqiqə ərzində 3 cərimə xalı alaraq, məğlubiyyətlə üzləşib. Lakin o, bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Jandreyevi yenməyi bacarıb.

100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olub. Kokauri bu dəfə 1 dəqiqə 18 saniyəyə ipponla qələbə qazanıb. Gürcüstanlı legioner 1/4 finalda finlandiyalı Martti Puumalaynenə rəqib olub. Bu dəfə Azərbaycan təmsilçisinə qələbə üçün cəmi 43 saniyə kifayət edib.

Kokaurinin yarımnfinalda rəqibi yaponiyalı Kokoro Kaqeura olub. Görüş Kaqeuranın 2 dəqiqə 37 saniyəyə ippon hesabına qələbəsi ilə yekunlaşıb. Gürcüstanlı legioner bürünc medal görüşündə cənubi koreyalı Minjonq Kim ilə üz-üzə gəlib. Görüş Kimin qələbəsi ilə yekunlaşıb. Kokauri Böyük Dəbilqəni 5-ci pillədə başa vurub.

100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenə uduzaraq, mübarizəni dayandırıb.

Böyük Dəbilqə
7 mart

90 kq

1/16 final. Məmmədəli Mehdiyev - Erlan Şerov (Qırğızıstan)

1/8 final. Məmmədəli Mehdiyev - Maks Stüart (Böyük Britaniya)

1/4 final. Məmmədəli Mehdiyev - Klen Kristofer Kalyulaid (Finlandiya)

1/2 final. Məmmədəli Mehdiyev - Davlat Bobonov (Özbəkistan)

Bürünc medal görüşü: Məmmədəli Mehdiyev - Şerməhəmməd Jandreyev (Özbəkistan)

100 kq

1/16 final. Aslan Mirzəyev - Otqonbatar Lxaqvasuren (Monqolustan)

+100 kq

1/16 final. Uşanqi Kokauri - Vinçentso D Arko (İtaliya)

1/8 final. Uşangi Kokauri - Anton Krivobokov (Rusiya)

1/4 final. Uşangi Kokauri - Martti Puumalaynen (Finlandiya)

1/2 final. Uşangi Kokauri - Kokoro Kaqeura (Yaponiya)

Bürünc medal görüşü: Uşangi Kokauri - Minjonq Kim (Cənubi Koreya)

Beləliklə, 71 ölkədən 497 (296 kişi, 201 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəni Azərbaycan millisi 2 medalla başa vurub. Məmmədəli Mehdiyevdən əvvəl Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail