Türkiyə millisində koronavirus şoku

29.03.2021 | 3544 dəfə oxunub

Türkiyə milli komandasında koronavirus şoku yaşanır. Stadium.Az xəbər verir ki, qardaş ölkə yığmasında futbolçulardan götürülmüş COVİD-19 testlərindən üçü pozitiv çıxıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İspaniyanın Malaqa şəhərində baş tutan Norveçlə səfər oyunundan sonra İstanbula dönən milli üzvləri koronavirus testindən keçiblər. Nəticədə üç futbolçuda koronavirus aşkarlanıb. Həmin oyunçuların adları açıqlanmır. Onların qarşıdakı Latviya ilə ev oyununda iştirak edib-etməməsinə növbəti testlərdən sonra aydınlıq gələcək.

Türkiyə millisində DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Niderlandla ilk oyundan əvvəl də iki futbolçunun koronavirus testi pozitiv çıxdığı üçün düşərgədən ayrılmaq məcburiyyətində qalmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail