"Mançester Siti"nin iki əsas hədəfi

01.04.2021 | 3057 dəfə oxunub

"Mançester Siti" yay transfer pəncərəsinə böyük investisiya qoymağı planlaşdırır. Stadium.Az "Daily Mail"ə istinadən xəbər verir ki, klubun əsas hədəfləri " Borussiya"nın (Dortmund) hücumçusu Erling Haaland və "Aston Villa"nın yarımmüdafiəçisi Cek Qrilişdir.

Bildirilib ki, klubun baş məşqçisi Pep Quardiola komandanın heyətini yeniləmək istəyir. Çünki Kevin de Bruyne, Riyad Mahrez və İlkay Gündoğanın növbəti mövsüm 30 yaşı tamam olacaq.

Daily Mail yazır ki, klubun Haaland və Qrilişlə müqavilə üçün təxminən 200 milyon funt sterlinq xərcləməsi lazım olacaq.

Quardiola Haalandı bu yay klubdan ayrılacağını elan edən Serxio Aqueronun əvəzedicisi kimi görür.

Mançester təmsilçisinin Qrilişə olan marağı isə bir neçə həftə əvvəl artıb. "Aston Villa "sahiblərinin komandanın əsas ulduzunu satmaq istəməsə də, "Siti" bu transferin uğurla başa çatacağına ümid bəsləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail