"Son nöqtəni qoya bilmədik" - Aftandil Hacıyev

03.04.2021 | 424 dəfə oxunub

"Fasilədən sonra bilirdik ki, çempionata köklənmək futbolçular üçün çətin olacaq. Bu gün 3  oyunçumuz müxtəlif səbəblərdən matçda iştirak edə bilmirdi. Hendrik Ekşteyn, Əfran İsmayılov və Ruslan Hacıyevin yoxluğunu daha çox hiss edirdik". 

Stadium.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri  oyundan sonra mətbuat konfransında deyib.

O, rəqibin fərqli sistemlərlə oynadığını bildirib: "İlk 20-25 dəqiqədən sonra rəqibin oyununa öyrəşdik. Amma"Zirə" ilk yarıda daha üstün oyun göstərdi. Fasilədən sonra qol epizodlarımız artdı. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Ümumən futbolçularımın oyunundan və məsuliyyətli olmasından razıyam. Bu dövrədə fərqli “Zirə” görürük. Hesab edirəm ki, 1 xal qazandıq".

Hacıyevin sözlərinə görə, “Səbail”, “Zirə” səviyyəsində komandaların sayının 12-yə çatdırılması mümkündür: "Bu gün biz ən az büdcəylə mübarizə aparırıqsa, yəqin ki, mümkündür. Hesab edirəm ki, say artacağı təqdirdə, yeni komandaların bölgələri təmsil etməsi daha faydalı olar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail